Reklam verin!

Blog Haqqında

PARVİZ

Axtarış

Bölmələr

Arxivlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 55
  • Dünənki hit: 3
  • Bugünki hit: 1
  • Ümumi hit: 768

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

KİLKƏ

PARVİZ Yanvar 20, 2008 0:26

(Kilkə-2)

 

Dəhlizin başındakı pəncərənin ağzında dayanıb harda olduğunu, buraya necə, nə vaxt gəlib düşdüyünü düşünürdü; pəncərədən boylanıb aşağı baxdı, başı gicəlləndi: haraydısa, çox qəlbi yer idi. Göy üzü tutulmuşdu, dəhlizdə göz-gözü güclə seçirdi. Dəqiq bilirdi ki, buraya lift, pilləkənlə qalxıb; beş addım o yanda liftin, beş addım bu yanda pilləkənin olduğundan da xəbərsiz idi. Kölgə-kölgə adamlar beş addım o yana, beş addım bu yana sürünüb gedirdilər. Tavandan asılmış neon lampaları qatı dumanda işartısı belə güclə sezilən maşın faraları kimi görünürdü. O yan-bu yana sürünən kölgələrdən birinə yanaşdı. "Hardasa gözgörməz bir hündürlükdə adamlar, ya nələrsə uçuşur bu kölgələr onlarınkıdı", - fikirləşdi yanaşdığı kölgədən:

- Mən hardayam? - soruşdu. Kölgənin baş hissəsi döşəməyə uzununa yayıldı (ona tərəf dönməyiydi), dodaq hissəsi böyüyüb-kiçildi: - Bura məktəbdir, - dedi, - iyirmiüçüncü mərtəbədəsən.

- Həyətə düşmək istəyirəm, - oğlan dedi, - yolu göstər. Kölgə: - Ardımca sürün, - dedi başı yığışıb yenə əvvəlki həcmini aldı. O isə sürünmək əvəzinə eləcə kölgənin ardıyca boylandı, öz-özünə "Yox!" - dedi, üzünü çevirib bu alaqaranlıqda sinif otaqlarından birinə sarı addımladı. "Yol elə burdan olar həyətə!" - ürəyindən keçirdi qapının dəstəyindən tutub özünə tərəf çəkdi.

...Xeyli güc verəndən, qan-tərə batandan sonra, nəhayət, qapı cırıldaya-cırıldaya açıldı; görünür, bina tiiklib qurtaran gün başdan-başa çərçivəyə mıxlanıbmış, üst hissəsinə vurulmuş dəmir lövhəyə sonu görünməyən bir yol rəsm edilmiş, altından "GİRMƏ, ÖLƏRSƏN!!!" - yazılmışdı. Bir anda bu sözlü-rəsmli lövhəni gözdən keçirib boğazını arıtladı (elə bil kiminləsə danışacaqdı), uzun bir "eh" - deyib içəri keçdi. Qapı öz-özünə bağlandı. Beş pilləlik taxta pilləkənlə aşağı enib dayandı. Dörd-bir yanını gözdən keçirdi. birdən başa düşdü ki, bura zirzəmidir heç başa düşmədi - iyirmiüçüncü mərtəbə, beşcə pillə, zirzəmi??? Gözləri kəlləsinə çıxdı, tavana toxundu, ağrıdan aşağı dikdi. Həm, milyon il işıq ucu görməmiş torpaq iyi vurdu burnuna. Gözləri yaşardı qoxudan. Düz irəli baxdı. Pəncərə gördü. Balaca, həyətə söykənmiş pəncərə. Həyətdə adam əvəzinə, dəstə-dəstə qarışqalar tələsə-tələsə, belədən-belə gedirdilər. Zirzəmi zülüm-zülüm zülmətdi,- bunu, azmaq fikri beynini gəmirməyə təzəcə girləyirdi - duydu. Ən maraqlısı isə, onsuz da bu zülmət zirzəmiyə işıq əvəzinə qara-qara qarışqalardan da qara "işığın" süzüldüyünü görməyi idi. Günəşin nurunu, görən, kim belə hisə bələmişdi, ya elə əvvəldən belə olmuşdu, sadəcə o, çaşıbmış...

Qapı cırıltısına döndü. Gözləri işıqdan qamaşıb yumuldu. Elə gur idi! - "Deyəsən, Günəş dərsə gəlib, ya da mənim kimi o da həyətə çıxmaq istəyir", - düşünməkdən başqa heç gəlmədi ağlına. Təzədən kiprikləri tavana sarı dartılanda işığın yerində bir qadın göründü. Əslində onun qadın olduğu heç bir şeylə bilinmirdi, eləcə, üçünsə "qadındır" - fikirləşdi. fikirləşdi ki, yəqin elə bu məktəbin müəllimlərindəndi. Elə yaxşı oldu, hökmən yolu bilər.

- Bağışlayın, həyətə necə çıxmaq olar? - soruşdu, ümidi dirçəldi, bayaqdan canını almış vahimədən qurtulduğunu düşündü. İçərigirən qulağına yuyucu barmağı giribmiş kimi, cavab vermədən onun yanından ötüb sakit addımlarla pəncərəyə  tərəf getdi. Bu vaxt pəncərənin sağ tərəfində qəfildən bir qapı peyda oldu. İçərigirən o qapını açıb keçdi. Yerə ilişə-ilişə, zorla açıldı qapı; deyəsən, kartondan salınmışdı, yerə sürtünməsindən anlamaq olardı, az qalırdı qopub düşsün. açılanda yenidən içəri işıq süzüldüyünü görəndə oğlanın ümidi lap ayaq üstə qalxdı, sonunda, çıxışı tapdığına sevinə-sevinə:

- Demirsən, heç demə, - dedi. Qapıya sarı cumdu. Çatanda... Duyduğu pis qoxulardan  ayıldı; ayaqları islanmış, topuğa kimi o pis qoxulu şeylərə batmışdı. Bildi ki, bura tualetmiş, içəri qadın girmişdi, deməli, qadın tualeti.

Peşman oldu. Qəhərdən, kəskin xlor qoxusundan gözləri doldu. Utana-utana - axı qadın tualetinə cummuşdu, görənlər fikirləşərdi - bayaqkı yerinə qayıdıb yenidən vurnuxmağa başladı. Lap yorulub əldən düşdü. Bir yandan da qoxular canını alırdı. Alnını divarın bıçaq kimi iti küncünə dayayıb durdu. Bir xeyli keçəndən sonra İçərigirən tualetdən çıxdı. "Zalım qızının ürəyi doluymuş ki..." - ürəyindən keçirtdi. Özünə, qoluna-qıçına  baxmaq istədi. Baxdı, görmədi, görə bilmədi. Yoxdu gördü. Ancaq bilirdi ki, VAR - indi bu tilsimli zirzəmidədir. "Hər var olan görünməz ki..." Açıq ovuclarını yumdu var qüvvəsilə, dırnaqları ovcunu deşənə kimi sıxdı. Ovcunda nəsə bərk bir şey olduğunu duydu. Açıb baxdı. Hər ovcunda bir parça qaranlıq vardı - sıxdıqca nur damcıları süzülüb-tökülür, zirzəmini qırpım-qırpım işıqlandırırdı. İçərigirənin ona sarı gəldiyini bu işıq qırpımlarının birində gördü. Sonra yenə gördü. Sonra yenə gördü... Bu dəfə dəqiq Bookmark and Share

Şərhlər(4) Baxış sayı: 110 Yanvar 20, 2008 0:26

1
Cavidan yazıb:

Bu səhifəyə keçidi Aydın Xanın bloqunda gördüm...
Mənimçin tam yeni bir mənzərə...
Əla...
Sizə uğurlar arzulayıram , Pərviz bəy...
SÖZünüz YERə düşməyənlərdən olsun-SÖZün hər mənasında...

Fevral 5, 2008 20:33
2
Xəzangül yazıb:

Dəqiq nə gördü? suprised

Aprel 3, 2008 21:47
3
kebuter yazıb:

qaqasi o qeder sevindim ki seni gordum uqurlar

May 20, 2008 19:59
4
Ruzigarim yazıb:

Esas odur ki gordu. Heyat qeribedir grin

İyul 6, 2008 17:55

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com